Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4 mini keçdi

2 dəq
Paylaş:
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4 mini keçdi

ölkədə son aylarda davam edən gərginlik və hücumlarla bağlı yeni statistik məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi açıqlamaya əsasən, martın 2-dən etibarən “İsrail” ordusunun Livanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində olanların sayı 4 min 257 nəfərə çatıb. Yaralıların ümumi sayının isə 12 min 196 nəfər olduğu bildirilir.

Nazirliyin məlumatına görə, martın 2-dən iyunun 29-dək davam edən qarşıdurmalar zamanı mülki şəxslər arasında da ciddi itkilər alınıb. Rəqəmlərə əsasən, həlak olanlar arasında 253 uşaq və 391 qadın yer alır.

Bölgədə humanitar vəziyyətin getdikcə ağırlaşdığı, səhiyyə sisteminin isə artan yük qarşısında çətinliklərlə üzləşdiyi qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bölgədə mövcud vəziyyətlə bağlı əlavə xəbərdarlıq yayıb. Təşkilat xüsusilə yoluxucu xəstəliklərin yayılma riskinin artdığını vurğulayaraq, təcili humanitar və səhiyyə tədbirlərinin görülməsinə çağırış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax