Operativ Məlumat Mərkəzi

Misirin İsgəndəriyyə şəhərində 13 mərtəbəli bina çöküb

1 dəq
Paylaş:
Misirin İsgəndəriyyə şəhərində 13 mərtəbəli bina çöküb

Misirin İsgəndəriyyə şəhərində 13 mərtəbəli yaşayış binası çöküb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İsgəndəriyyə valisi Məhəmməd əl-Şərif mətbuata açıqlamasında binada bir nəfərin yaralandığını və ilkin məlumata görə, vəziyyətinin stabil olduğunu bildirib.

Şerif mülki xilasetmə qruplarının binanın dağıntıları altında axtarış və xilasetmə işlərinə davam etdiyini bildirib.

Sözügedən binanın aşağı mərtəbələrində və girişdəki supermarketdə insanlar olub və onlar dağıntılar altında qalıblar.

Binanın yaxınlığındakı avtomobilə də ziyan dəydiyi qeyd edilib.

Binanın uçmasının səbəbləri barədə məlumat verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər