Əsas məzmuna keç

Minalardan təmizlənən ərazilərin həcmi ötən ay 8012,7 hektara çatıb

Minalardan təmizlənən ərazilərin həcmi ötən ay 8012,7 hektara çatıb

Azərbaycanın işğaldan azad edilmiş bölgələrində ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatları sürətlənib. Qarabağda təhlükəsizlik tədbirləri necədir?

ru en

Azad olunan ərazilərdə iyul ayı ərzində 8012.7 hektar ərazi minalardan təmizlənib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin () azad ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Həmin müddətdə 174 tank əleyhinə mina, 614 piyada əleyhinə mina, 2 106 partlamamış sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…