Operativ Məlumat Mərkəzi

Milli Məclis DSMF-nin gələn il üçün büdcə layihəsini qəbul edib

1 dəq
Paylaş:
Milli Məclis DSMF-nin gələn il üçün büdcə layihəsini qəbul edib
Dövlət sosial müdafiə fondunun (DSMF) 2026-cı il üzrə xərcləri 8 483 070 000,0 manat məbləğində olacaq. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə,...

Dövlət sosial müdafiə fondunun (DSMF) 2026-cı il üzrə xərcləri 8 483 070 000,0 manat məbləğində olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000,0 manat;

- Dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər