Əsas məzmuna keç

Məktəblərdə yeni maliyyə sistemi: Müəllim maaşları ARTACAQMI?

Məktəblərdə yeni maliyyə sistemi: Müəllim maaşları ARTACAQMI?

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı yeni mexanizmin tətbiqinə başlanılır. Prezident İlham Əliyevin imzaladığı...

en ru

Azərbaycanda dövlət ümumi müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı yeni mexanizmin tətbiqinə başlanılır. İlham Əliyevin imzaladığı Fərmana əsasən, 2026–2027-ci tədris ilindən başlayaraq dövlət ümumi təhsil müəssisələri dövlət büdcəsinin vəsaiti hesabına mərhələli şəkildə adambaşına maliyyələşmə prinsipi əsasında maliyyələşdiriləcək. Yeni modelə əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin məbləği müəyyənləşdiriləcək və ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalları tətbiq olunacaq.

Bəs adambaşına maliyyələşmə prinsipinin tətbiqi dövlət məktəblərinin fəaliyyətinə və təhsilin keyfiyyətinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı"Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, adambaşına maliyyələşdirmə mexanizminə mərhələli keçid təhsil sistemində idarəetmənin daha çevik, şəffaf və nəticəyönümlü modelə keçirilməsi baxımından mühüm addımdır:

Elçin Mirzəbəyli YAP-a üzv olub?

"Bu qərarı yalnız maliyyə mexanizminin dəyişdirilməsi kimi deyil, məktəbin fəaliyyətinin nəticələrinin, şagird ehtiyaclarının və təhsilin keyfiyyət göstəricilərinin daha sistemli şəkildə nəzərə alınmasına imkan verən yeni yanaşma kimi qiymətləndirmək lazımdır. Əsas üstünlüklərdən biri maliyyələşmənin məktəblərin real şagird kontingenti ilə daha sıx əlaqələndirilməsidir. Belə yanaşma məktəb rəhbərliyinin resurslardan səmərəli istifadə etməsinə, məsuliyyətin artmasına və təhsilalanlar üçün yaradılan imkanların genişlənməsinə stimul verə bilər".

Deputat vurğulayıb ki, burada rəqabət anlayışını yalnız məktəblərin bir-biri ilə müqayisəsi kimi başa düşmək düzgün olmaz:

"Əsas məqsəd məktəblərin daha yaxşı nəticə göstərmək, təhsil mühitini yaxşılaşdırmaq, potensialından səmərəli istifadə etmək və valideynlərlə əməkdaşlığı gücləndirmək üçün əlavə imkanlar əldə etməsidir. Əlbəttə, maliyyələşdirmə mexanizminin özü keyfiyyətin avtomatik təminatçısı deyil. Bunun üçün obyektiv qiymətləndirmə, məktəb rəhbərliyinin məsuliyyəti, müəllimlərin peşəkar inkişafı və təhsil nəticələrinin monitorinqi də paralel şəkildə həyata keçirilməlidir".

Saat altıya qədər məktəb, müəllimlərin münasibəti necədir? - AÇIQLAMA | Modern.az

Ucqar və dağlıq ərazilərdəki kiçikkomplektli məktəblərin vəziyyətinə toxunan Elçin Mirzəbəyli diferensial yanaşmanın vacibliyini diqqətə çatdırıb:

"Adambaşına maliyyələşdirmə mexanizmi sosial və coğrafi reallıqları nəzərə almadan tətbiq edilə bilməz. Bakıdakı məktəblə ucqar dağ kəndində fəaliyyət göstərən, şagird sayı az olan məktəbin ehtiyaclarını eyni meyarla qiymətləndirmək düzgün olmaz. Məhz buna görə Fərmanda ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinə müxtəlif səviyyələr üzrə artım əmsallarının tətbiqi nəzərdə tutulur. tərəfindən konkret qaydalar hazırlanarkən ucqar və dağlıq məktəblərin xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Burada məqsəd sadəcə şagird sayına görə maliyyələşdirmək yox, hər bir uşağın keyfiyyətli təhsil almaq hüququnu təmin etməkdir".

Sonda deputat müəllimlərin əməyinin stimullaşdırılması və kadr təminatı məsələsinin önəmini bəyan edib:

"Təhsilin mərkəzində müəllim dayanır. Yeni mexanizm məktəblərə öz resurslarından daha çevik istifadə etmək imkanı yaradır və bu vəsaitlərin bir hissəsi müəllimlərin peşəkar inkişafına, əlavə stimullaşdırılmasına və ixtisasartırma proqramlarına yönəldilə bilər. Xüsusilə regionlarda peşəkar müəllimlərin cəlb olunması üçün yalnız əməkhaqqı deyil, yaşayış, və sosial təminat imkanları da nəzərə alınmalıdır. Ümumilikdə, bu keçid resursun bölüşdürülməsi məntiqindən şagird üçün nəticənin və imkanın maliyyələşdirilməsi məntiqinə keçid istiqamətində mühüm mərhələdir".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…