Əsas məzmuna keç

Hesablama Palatası DSMF-ni yoxlayıb

Hesablama Palatası DSMF-ni yoxlayıb

Hesablama Palatasında qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında auditor Vəfa Mütəllimovanın təqdim etdiyi...

en ru

Hesablama Palatasında qurumun sədri Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında Vəfa Mütəllimovanın təqdim etdiyi "2025-ci il üzrə Dövlət Fondunun gəlirlərinin və xərclərinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” Palataya istinadən xəbər verir ki, iclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin müavini Elşad Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev və sədr müavini Səfər Mehdiyev iştirak ediblər.

Müzakirə zamanı deputat auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirib, təkliflər irəli sürüb. Fondun sədri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd edib.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…