Əsas məzmuna keç

Maliyyə Nazirliyi məqsədli büdcə fondlarını ləğv edə bilər

Maliyyə Nazirliyi məqsədli büdcə fondlarını ləğv edə bilər

Maliyyə Nazirliyi büdcə islahatlarına start verir: Hansı qurumların vəsaitləri dövlət xəzinəsinə qaytarılacaq? İqtisadi dəyişikliyin təfərrüatları burada.

ru en

Maliyyə Nazirliyi bir ay ərzində dövlət büdcəsinin tərkibində məqsədli fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması ilə bağlı təkliflərini İlham Əliyevə təqdim etməli olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, dövlət başçısının imzaladığı övlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən təşkilatların vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərmanda öz əksini tapıb.

Bundan başqa, fərmana əsasən, nazirlik aşağıdakılar barədə də təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir:

- normativ hüquqi aktların təkmilləşdirilməsi;

- dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;

- Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…