Əsas məzmuna keç

İcmal büdcəyə daxil olan fondların 9 aylıq büdcə göstəriciləri açıqlanıb

İcmal büdcəyə daxil olan fondların 9 aylıq büdcə göstəriciləri açıqlanıb

Maliyyə Nazirliyi tərəfindən təqdim olunan hesabatda Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun cari ilin yanvar-sentyabr dövrü üzrə gəlir-xərcləri əksini tapıb.

en ru

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın büdcəsinin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Fondunun büdcəsinin gəlirləri 6 369,5 , xərcləri 6 188,6 milyon manat təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, 9 ay ərzində İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 183,4 milyon manat, xərcləri 139,4 milyon manat, İcbari Fondunun büdcəsinin gəlirləri 1 milyard 499,3 milyon manat, xərcləri 1 milyard 720,6 milyon manat, Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 12 milyard 341,4 milyon manat, xərcləri 9 milyard 655,7 milyon manat məbləğində icra olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 308,3 milyon manat, xərcləri 320,7 milyon manat təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…