Mətbuat Şurası AzTV əməkdaşlarının hücuma məruz qalmasını pisləyib

Mətbuat Şurası AzTV əməkdaşlarının hücuma məruz qalmasını pisləyib
29.06.2023 11:50
Aa
dəq

Azərbaycan Mətbuat Şurası "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşlarının bu il iyulun 28-də Fransada təzyiqə məruz qalması ilə bağlı bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanatda bildirilir ki, AzTV əməkdaşlarının Fransada hücuma məruz qalması söz və ifadə azadlığına dözülməz münasibətin nəticəsidir.

Qeyd olunub ki, Fransada peşə borclarını yerinə yetirən jurnalistlərin fəaliyyətlərinin məhdudlaşdırılması, onlara qarşı şiddət halları ilk dəfə deyil ki baş verir. AZTV-nin əməkdaşları da belə bir hadisə ilə xidməti vəzifələrini yerinə yetirərkən - çəkiliş apararkən üzləşiblər. Müxbir və operator yüngül bədən xəsarətləri alıblar, eyni zamanda, onların çəkiliş kameraları əllərindən alınıb. Kameranı geri qaytarmaq cəhdləri nəinki səmərə verməyib, üstəlik media təmsilçiləri silahla hədələniblər.

Azərbaycan Mətbuat Şurası məlum insidenti qətiyyətlə pisləyir. Qurum Fransa hakimiyyətini azərbaycanlı jurnalistlərin qanuni peşə borclarını yerinə yetirmələrinə aşkar müdaxilə faktına hüquqi qiymət verməyə, günahlarların tez bir zamanda tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri addımlar atmağa çağırır. Şura, həmçinin, Avropada və dünyada söz və ifadə azadlığının, media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış aparıcı təşkilatları da məsələni diqqətdə saxlamağa, həmrəylik nümayiş etdirməyə çağırır.

Azərbaycan Mətbuat Şurası bildirir ki, AZTV-nin əməkdaşlarına qarşı nalayiq rəftar fundamental insan hüquq və azadlıqlarının vacib tərkib hissəsi sayılan söz və ifadə azadlığına qarşı basqıdır, informasiya almaq hüququnun məhdudlaşdırılmasıdır. Hadisəni törədənlər mütləq qaydada məsuliyyətə cəlb olunmalıdır ki, oxşar neqativ hadisələr tendensiya şəklini almasın, gələcəkdə yenidən təkrarlanmasın.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu