Operativ Məlumat Mərkəzi

Mərdəkanda bıçaqlanma olub

1 dəq
Paylaş:
Mərdəkanda bıçaqlanma olub
Bakıda qəsdən sağlamlığa ağır zərər vurma faktı qeydə alınıb. DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, aprelin 21-də saat 23...

Bakıda qəsdən sağlamlığa ağır zərər vurma faktı qeydə alınıb.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, aprelin 21-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindən paytaxt sakini Elşad Məmmədovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şuşa şəhər sakini Zaur Xanəliyev müəyyən edilərək saxlanılıb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər