Meksikanın paytaxtı Mexiko şəhərində “Yeməli həşərat festivalı” keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Bikopolis Qastronomiya Festivalı çərçivəsində 37 növ həşəratın dadına baxmaq istəyən iştirakçılara həşaratlar təqdim olunub.
Təşkilatçılar həşəratların zülal, vitamin və minerallarla zəngin olduğunu vurğulayaraq, bu qida mənbələrinin ətraf mühit üçün daha faydalı olduğunu vurğulayıblar.