Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Meksikada Cənubi Koreya millisinin düşərgəsi yaxınlığında PUA vurulub

2 dəq
Paylaş:
Meksikada Cənubi Koreya millisinin düşərgəsi yaxınlığında PUA vurulub

Meksikada qüvvələri 2026-cı il Dünya Çempionatına hazırlaşan milli futbol komandasının məşq düşərgəsi yaxınlığında uçuş həyata keçirən naməlum pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, ərazidə icazəsiz uçuş həyata keçirən PUA aşkar edildikdən dərhal sonra tədbir görülüb.

İnsidentin komandaların qarşılaşacağı vacib matç ərəfəsində baş verməsi diqqət çəkir. Hazırda aparatın Cənubi Koreya yığmasını izləmək və ya taktiki məlumat toplamaq məqsədilə göndərilib-göndərilmədiyi araşdırılır.

Cənubi Koreyanın Honq Myunq-bo baş verənləri "təəssüfedici" adlandırıb:

"Məşq zamanı səmada PUA olduğunu fərq etdik. Xoşbəxtlikdən, bu, taktiki hazırlıqlarımıza başlamazdan əvvəl baş verdi, ona görə də işimizə ciddi təsir göstərmədi. Lakin prosesinin ən kritik mərhələsində belə bir hadisənin yaşanması xoşagəlməzdir".

Meksikalı rəsmilərin məlumatına görə, son günlərdə turnirin keçiriləcəyi Mexiko, Guadalajara və Monterrey şəhərlərindəki stadionların zonalarına daxil olmağa cəhd edən çoxsaylı PUA-lar zərərsizləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax