Operativ Məlumat Mərkəzi

Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib

1 dəq
Paylaş:
Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib
bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Əliyev...

Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Eyni zamanda general-polkovnik hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər