Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Medvedevdən Paşinyana sərt xəbərdarlıq: “Ermənistan hər şeyi itirə bilər”

2 dəq
Paylaş:
Medvedevdən Paşinyana sərt xəbərdarlıq: “Ermənistan hər şeyi itirə bilər”

Rusiya Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Nikol Paşinyanın Moskva ilə münasibətləri təhlükə altına atdığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Medvedev Paşinyanın Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərə ciddi zərbə vurduğunu qeyd edib. Onun sözlərinə görə, rəhbərliyinin atdığı addımlar ölkə üçün ağır nəticələr doğura bilər.

“Görünür, o, bizi axmaq hesab edir. Halbuki, o, çox ciddi səhvə yol verir və ölkəsini son dərəcə təhlükəli istiqamətə aparır”, - deyə Medvedev bildirib.

O əlavə edib ki, Paşinyanın siyasəti nəticəsində Rusiya bazarını və Aİİ çərçivəsində illərlə formalaşmış iqtisadi əlaqələri itirə bilər. Medvedevin sözlərinə görə, bu vəziyyət Yerevanın Rusiya qazını hazırkı qiymətlərdən bir neçə dəfə baha – Avropa tarifləri ilə almaq məcburiyyəti yaratmasına səbəb ola bilər.

Rusiya rəsmisi Ermənistan baş nazirinə vətəndaşlardan belə iqtisadi yükə hazır olub-olmadıqlarını soruşmağı tövsiyə edib.

Qeyd edək ki, Ermənistan daha əvvəl KTMT-də iştirakını dondurub. Nikol Paşinyan 16 iyul 2025-ci ildə keçirdiyi mətbuat konfransında ölkəsinin təşkilatdan çıxmasının üzvlüyün bərpasından daha real variant olduğunu bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax