Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampın İspaniya ilə bağlı bəyanatına Madriddən cavab gəldi

2 dəq
Paylaş:
Trampın İspaniya ilə bağlı bəyanatına Madriddən cavab gəldi

ABŞ Prezidenti Tramp Ankarada keçirilən sammiti çərçivəsində ilə bağlı sərt açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Məlumata görə, Donald Tramp İspaniyanı NATO qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. ABŞ Prezidenti həmçinin Xəzinədarlıq naziri Skott Bessentə İspaniya ilə ticarət əlaqələrinin dayandırılması ilə bağlı göstəriş verdiyini bildirib.

İspaniya hökuməti isə Trampın açıqlamalarını təmkinlə qarşılayıb. Rəsmi Madrid ABŞ ilə sosial, mədəni və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

İspaniya rəsmiləri əlavə ediblər ki, Avropa İttifaqı vahid ticarət məkanıdır və üzv ölkələrdən hər hansı birinin ayrıca hədəfə alınması mümkün deyil.

Məlumata görə, NATO sammitində iştirak edən İspaniyanın Pedro Sançesin günün ikinci yarısında keçiriləcək konfransında Donald Trampın bəyanatlarına münasibət bildirməsi gözlənilir.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl də İspaniyanı müxtəlif məsələlər, o cümlədən NATO öhdəlikləri ilə bağlı tənqid etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax