Əsas məzmuna keç

"Paşinyanın Tehrana səfəri əlaqələrin əhəmiyyətini göstərir" - İran səfiri

"Paşinyanın Tehrana səfəri əlaqələrin əhəmiyyətini göstərir" - İran səfiri

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami baş nazir Nikol Paşinyanın İrana səfərini yüksək qiymətləndirib.

en ru

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərini şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran diplomatı keçirdiyi mətbuat konfransında bildirib.

Şirqolami qeyd edib ki, səfər İran və Ermənistan arasında mövcud olan münasibətlərin xüsusi xarakterini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, bu cür təmaslar iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, iyulun 3-də Nikol Paşinyan və Ermənistan nümayəndə heyətinin üzvləri İranın keçmiş ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak edib və onun xatirəsini yad ediblər.

İran səfiri bildirib ki, bu addım tərəflərin ikitərəfli münasibətləri daha da möhkəmləndirmək niyyətini göstərir.

Diplomat həmçinin vurğulayıb ki, İranın ali rəhbərliyi Ermənistan və İranda yaşayan erməni icmasına hər zaman xüsusi hörmətlə yanaşıb. O, iki ölkə arasında qonşuluq münasibətlərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daim diqqətdə saxlanıldığını qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…