Əsas məzmuna keç

Mariya Zaxarova Makron haqqında yayılan iddiaları şərh etdi

Mariya Zaxarova Makron haqqında yayılan iddiaları şərh etdi

Rusiya XİN rəsmisi Mariya Zaxarova Andrey Malaxova müsahibəsində Fransa lideri Emmanuel Makronun ailə həyatı barədə yayılanları karikatura adlandırıb. Diplomatın ironik cavabı...

en ru

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronla bağlı iddialara münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “Vesti” xəbər xidməti üçün aparıcı Malaxovla söhbətində danışıb.

Zaxarova ötən il Makronun təyyarədən düşərkən “sağ əlinin ilişib qalması” ilə bağlı hadisəni xatırladaraq bu cür iddiaları istehzalı şəkildə şərh edib.

O, gülərək “Bu dramın sonunu görmədik” ifadəsini işlədib.

Məsələ ilə bağlı suala cavab verən diplomat Malaxovdan ailəsində hər şeyin normal olub-olmadığını düşünüb-düşünmədiyini də soruşub.

Zaxarova bildirib ki, ailə məsələləri bağlı qapılar arxasında qalmalıdır və bu cür mövzuların ictimailəşdirilməsi düzgün deyil.

O, Makron və həyat yoldaşı ilə bağlı yayılan məlumatları “karikatura” adlandırıb.

Diplomat əlavə edib ki, belə mövzular daha çox satirik nəşrlər üçün uyğundur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…