Fransa prezidenti Emmanuel Makron deyib ki, Ukrayna-Rusiya müharibəsində rəqib kimi qələmə verdiyi Rusiya qalib gələrsə, Avropanın etibarı sıfıra enəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "France 2" və TF1 televiziyalarının birgə yayımında iştirak edən Makron Rusiya-Ukrayna müharibəsini və İsrailin Qəzzəyə hücumlarını dəyərləndirib.
Döyüşün hazırda Avropa ərazisində getdiyini bildirən Makron, “Strasburqla Lvov arasındakı məsafə 1500 kilometrdən azdır”, - deyib.
“Rusiya müharibədə qalib gələrsə, Avropanın reputasiyası sıfıra enəcək”.
Makron iddia edib ki, Moskva administrasiyası müharibədə qalib gəlsə, onlar artıq təhlükədən azad olmayacaqlar.