Əsas məzmuna keç

"Macarıstan buna qarşıdı"

"Macarıstan buna qarşıdı"

"Macarıstan Rusiyaya qarşı iqtisadi sanksiyaların mümkün qədər tez aradan qaldırılmasının tərəfdarıdır və Avropa Komissiyasının Rusiyadan enerji nəqlini...

" Rusiyaya qarşı iqtisadi sanksiyaların mümkün qədər tez aradan qaldırılmasının tərəfdarıdır və Avropa Komissiyasının Rusiyadan nəqlini qadağan etmək planını dəstəkləmir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Macarıstan hökumətinin başçısı Viktor Orban Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin Budapeştdə keçirilən konfransının iştirakçıları qarşısında çıxışı zamanı deyib.

"Təsəvvür edin ki, ev təsərrüfatları və şirkətlər üçün enerji qiymətləri sonda iki dəfə artacaq. Macarıstan ailələri buna dözə bilməyəcəklər", - bildirib.

Orban qeyd edib ki, məhz buna görə Macarıstan Ukraynadakı münaqişənin tezliklə həllinin tərəfdarıdır. Onun sözlərinə görə, Macarlar istəyir və onlar Brüsselin iqtisadi sanksiyalar siyasətindən tez bir zamanda xilas olmaq istəyirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…