“Şalke”nin qapıçısı Loris Karius “Bavariya”nın ikinci qapıçı vəzifəsi üçün namizədlər siyahısına daxil edilib. “Sky Sport”un jurnalisti Florian Plettenberg bu barədə məlumat yayıb.
“Liverpul”un sabiq qapıçısı təcrübəsi və uğurlu çıxışlarına görə Münhen klubunun diqqətini çəkib. Qısa siyahıda “Fulhem”dən Bernd Leno və “Hoffenhaym”dan Oliver Baumann da yer alır.
“Bavariya” yayda ikinci qapıçı transfer etməyi planlaşdırır. Həmin vaxt Manuel Noyerin müqaviləsinin müddəti başa çatacaq. Klubun əsas qapıçısının Jonas Urbiq olacağı gözlənilir.