Əsas məzmuna keç

Litva Belarusla sərhəddən yük maşınlarının keçidini tam bərpa etdi

Litva Belarusla sərhəddən yük maşınlarının keçidini tam bərpa etdi

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Litva nəzarət xidmətləri yük nəqliyyat vasitələrinin tam rəsmiləşdirilməsini bərpa edib.Yanvarın...

ru en

Belarusla sərhəddən yük maşınlarının hərəkətini tam bərpa edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Litva xidmətləri yük vasitələrinin tam rəsmiləşdirilməsini bərpa edib.

Yanvarın 24-ü Litva gömrük-keçid məntəqələrində informasiya sistemlərində problemlər yaranmış, Gömrük Komitəsi Kamennı Loq keçid məntəqəsindən keçən yük maşınlarının Litva ilə sərhəddəki keçid məntəqəsində yoxlanılmadığını bildirmişdi.

Yanvarın 25-də isə Belarus Dövlət Sərhəd Komitəsi Litva tərəfinin yük maşınlarının Benyakoni keçid məntəqəsindən keçməsinə icazə vermədiyini və Kamennı Loq keçid məntəqəsindən nəqliyyat vasitələrini qismən qəbul etdiyini bildirmişdi.

Hazıra avtomobil və avtobusların gömrük rəsmiləşdirilməsi adi qaydada həyata keçirilib.

Hazırda Vilnüsün verdiyi qərarlar səbəbindən Belarus-Litva sərhədindəki altı nəzarət məntəqəsindən yalnız ikisi fəaliyyətdədir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…