Əsas məzmuna keç

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasını izləyib

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasını izləyib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun əsəri əsasında səhnələşdirilən...

en ru

Fondunun vitse-prezidenti , Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun əsəri əsasında səhnələşdirilən "Neft bumu hamıya gülümsəyir" tamaşasını izləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu səhnə əsəri Heydər Fondunun dəstəyi ilə keçirilən və yazıçının irsinə həsr olunan çərçivəsində təqdim edilib. Festival 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edəcək.

Tamaşanın bədii heyəti peşəkarlardan ibarətdir: quruluşçu rejissor Konstantin Soldatov, quruluşçu rəssam Çingiz Babayev, xoreoqraf Nigar İbrahimbəyli, səs dizaynerləri isə Konstantin Soldatov və Platon Soldatovdur.

Səhnədə Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəfər ilə yanaşı, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov və Mehriban Hüseynova yer alıblar.

Nümayişin sonunda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.

Məlumat üçün bildirək ki, "Neft bumu hamıya gülümsəyir" festivalı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin xüsusi layihəsidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…