Əsas məzmuna keç

"Tanrının yaraqları 4" filmi Azərbaycanda çəkiləcək: Detallar

"Tanrının yaraqları 4" filmi Azərbaycanda çəkiləcək: Detallar

Hollivud ulduzunun baş rolda oynadığı ekran əsəri Bakıda lentə alınacaq. Döyüş sənəti ustasının paytaxtımıza gəlişi və çəkiliş detalları barədə ətraflı oxuyun.

en ru

Ceki Çanın iştirakı ilə əfsanəvi franşizanın yeni olan "Tanrının yaraqları 4: Ultimatum"un çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” "Variety"yə istinadən xəbər verir ki, filmin istehsalına iyulda başlanacaq, dünya premyerası isə 2027-ci ilin ikinci rübünə planlaşdırılıb.

Filmin çəkilişləri Azərbaycanda və Qazaxıstanda aparılacaq. Layihə məşhur "Tanrının yaraqları" filmlər seriyasının Mərkəzi Asiya və Azərbaycanda çəkilmiş ilk hissəsi olacaq.

Filmin rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və İqor Tsay olacaq. İstehsalla Qazaxıstanın "Salem Entertainment" şirkəti məşğul olur.

Süjetə əsasən, Ceki Çanın qəhrəmanı - Asiya qırğısı - uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş "Tumar" adlı qədim artefaktın axtarışlarına yenidən qayıdır.

Ceki Çan özü qeyd edib ki, regiondakı tərəfdaşlarla əməkdaşlıq yeni vizual və yaradıcılıq imkanları açacaq.

"Tanrının yaraqları" franşizası hələ 1986-cı ildə başlayıb və Ceki Çanın iştirak etdiyi ən populyar döyüş filmləri seriyasından birinə çevrilib. Sonuncu film – " təqvimi" - 2012-ci ildə ekranlara çıxaraq prokatda 140 milyon dollardan çox gəlir toplayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…