“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasında Kilian Mbappenin rekordunu təkrarlayıb. İspaniyalı futbolçu turnirdə 19 yaşında 13 qol vurub. Bu, yeniyetmə yaşında olan oyunçular arasında ən yaxşı göstəricidir. Eurofoot bu barədə X sosial şəbəkəsində məlumat yayıb.
Yamal 2026/2027 mövsümünün ümumi mərhələsinin üçüncü turunda PSJ ilə səfər matçında qol vurub. Görüş Paris təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. PSJ-də Due 38-ci, Ernandes 72-ci, Vitinya 81-ci və Ruiz 86-cı dəqiqələrdə fərqlənib. “Barselona”nın qollarını isə 55-ci dəqiqədə Espart, 79-cu dəqiqədə Yamal vurub.
Yamal cari Çempionlar Liqası mövsümündə iki qol vurub və dörd məhsuldar ötürmə edib. “Barselona” növbəti matçını noyabrın 3-də doğma meydanda “Aston Villa”ya qarşı keçirəcək.