Əsas məzmuna keç

Kremldən Polşanın Rusiyanı məğlub etmək hədəsinə cavab

Kremldən Polşanın Rusiyanı məğlub etmək hədəsinə cavab

Nikolay Patruşev Polşa xarici işlər nazirini Moskvanın Avropaya qarşı müharibə aparmaq niyyətində olmadığı barədə açıqlamaları eşitməməkdə ittiham edib.

en ru

Prezidentinin köməkçisi, Rusiya Dəniz Kollegiyasının sədri Patruşev Polşanın naziri Radoslav Sikorskinin Rusiyanı məğlub etmək barədə bəyanatlarına cavab verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici mətbuat Nikolay Patruşevin “Argumentı i faktı” qəzetinə verdiyi müsahibəyə istinadən məlumat yayıb.

Məlumata görə, Patruşev xarici işlər nazirinin mövqeyini tənqid edərək onun Rusiya Prezidenti Vladimir Putinin Moskva ilə Avropa arasında müharibə üçün heç bir əsasın olmadığı barədə bəyanatlarını görməzdən gəldiyini bildirib.

O qeyd edib ki, militarizmə aludə olan Sikorski Rusiyanın heç bir ölkəyə təhlükə yaratmadığını və Avropada hərbi əməliyyatlar keçirmək niyyətində olmadığını eşitmək istəmir. Patruşev həmçinin vurğulayıb ki, Qərbin Rusiyanı zəiflətmək və ya məhv etmək cəhdləri tamamilə uğursuzluğa məhkumdur.

Bildirilib ki, bu reaksiya Polşa xarici işlər nazirinin sentyabrın 13-də verdiyi kəskin bəyanatlardan sonra gəlib. Sikorski NATO-nu Kalininqrad vilayəti yaxınlığında “aqressiv təlimlər” keçirməyə çağırıb və Rusiyanın Polşaya hücum edəcəyi təqdirdə Varşavanın çox sürətli qələbə qazanacağını iddia edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…