Əsas məzmuna keç

"Bunun üçün hazır infrastrukturumuz var"

"Bunun üçün hazır infrastrukturumuz var"

Polşa Donald Trampın Almaniyadan çıxaracağı ABŞ əsgərlərini qəbul etməyə hazırdır. Karol Navrotski Varşavanın hərbi kontingenti artırmaq planını açıqlayıb.

en ru

"Polşanın Almaniyadan çıxarıla biləcək ABŞ əsgərlərini qəbul etmək və yerləşdirmək üçün inkişaf etmiş bir infrastrukturu var".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Prezidenti Navrotski bildirib .

Navrotski əlavə edib ki, ABŞ prezidenti Tramp Almaniyadakı qoşunlarının sayını azaltmaq qərarına gələrsə, Polşa ABŞ əsgərlərini qəbul etməyə hazırdır.

Polşa prezidentinin sözlərinə görə, o, Trampı qoşunların Avropada qalması üçün ABŞ kontingentinin bir hissəsini Almaniyadan çıxarmaq planından imtina etməyə inandırmağa çalışacaq.

Qeyd edək ki, mayın 6-da Polşa nazirinin müavini Marçin Bosaçki nazirliyin ölkədəki Amerika qoşunlarının sayının mümkün artırılması ilə bağlı bir neçə aydır danışıqlar apardığını açıqlamışdı.

Məlumat üçün bildirək ki, hazırda Polşada təxminən 10.000 Amerika əsgəri yerləşdirilib.

Mayın 2-də ABŞ prezidenti Donald Tramp Almaniyadakı Amerika qoşunlarının sayını 5000 nəfər azaltmaq niyyətində olduğunu açıqlamışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…