Əsas məzmuna keç

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayır

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayır

Cənubi Amerika ölkəsi Bakıdakı diplomatik missiyasını fəaliyyətini dayandırmaq qərarına gəlib. Rəsmi Boqota və XİN-in bu gözlənilməz addımı nə ilə bağlıdır?

ru en

Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Esprielya dövlət xərclərinin optimallaşdırılması siyasəti çərçivəsində ölkəsinin 15 dövlətdə, o cümlədən Azərbaycandakı səfirliklərini bağlamağı planlaşdırdığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bu barədə o, televiziya ilə müraciətində bildirib.

De la Esprielya qeyd edib ki, inauqurasiya anından etibarən o, Kolumbiyanın ən azı 15 səfirliyini bağlayacaq.

Bunlar Əlcəzair, , Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Afrikadakı səfirliklərdir.

O, həmçinin Kolumbiyanın Fələstində səfirliyinin açılması prosesini dayandıracağını da təsdiqləyib.

Abelardo de la Esprielya cari ilin iyun ayında Kolumbiyada keçirilən seçkilərində qalib gəlib. O, avqustun 7-də rəsmi qaydada vəzifəsinin icrasına başlayacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…