Əsas məzmuna keç

KİV: Hörmüz boğazı ilə bağlı İran və Oman arasında müvəqqəti razılaşma əldə olunub

KİV: Hörmüz boğazı ilə bağlı İran və Oman arasında müvəqqəti razılaşma əldə olunub

Tehran və Maskat arasında strateji əməkdaşlıq çərçivəsində dəniz nəqliyyatı və logistika sahəsində yeni qaydalar tətbiq edilir. Gərginlik azalacaqmı?

en ru

İran və arasında ilə bağlı müvəqqəti razılaşmanın əsas prinsipləri razılaşdırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "MS Now" telekanalı danışıqlardan məlumatlı iki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Oman müvəqqəti razılaşmanı qəbul edib.

Adı açıqlanmayan İran rəsmisinin sözlərinə görə, razılaşma çərçivəsində Hörmüz boğazında İranın nəzarət edəcəyi yeni giriş marşrutu və Omanın nəzarətində olacaq çıxış marşrutu yaradılacaq.

İranlı rəsmi bildirib ki, hazırkı mərhələdə gəmilərdən boğazdan keçidə görə rüsum və ya ödəniş alınmayacaq.

Mənbənin sözlərinə görə, razılaşmanın rəsmi elanında və BMT-nin Dəniz Təşkilatı (IMO) da iştirak edəcək. Lakin bunun nə vaxt baş tutacağı hələ açıqlanmayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…