Əsas məzmuna keç

Omanla danışıqlar 60 gün davam edəcək

Omanla danışıqlar 60 gün davam edəcək

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı yeni tranzit marşrutu müzakirə edilir. Kazem Qəribabadi ABŞ-ın iddialarını rədd edərək nəzarətin Tehranın əlində olduğunu vurğuladı.

en ru

İran və arasında boğazının birgə idarə olunması ilə bağlı konkret razılaşmaların hazırlanması məqsədilə danışıqların 30-60 gün davam edəcəyi bildirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İranın nazirinin müavini Kazem Qəribabadi açıqlayıb.

Onun sözlərinə görə, tərəflər yaxın iki ay ərzində Hörmüz boğazının idarə olunması ilə bağlı gələcək razılaşmaları müzakirə edəcəklər.

"Bu müddət ərzində tərəflər boğazdan keçid üçün yeni və daimi marşrut barədə razılığa gəlməlidirlər", - nazir müavini qeyd edib.

Qəribabadi bildirib ki, ikitərəfli razılaşmaya əsasən, Fars körfəzinə giriş İranın ərazi sularından, çıxış isə Oman ərazi sularından həyata keçiriləcək.

Bununla belə, hər iki istiqamətdə gəmilər İranın ərazi sularından keçəcək.

Onun sözlərinə görə, razılaşdırılmış tranzit marşrutunun eni 7 mil olacaq.

İran rəsmisi ABŞ və digər ölkələrə müraciət edərək bildirib ki, Hörmüz İranla razılaşma olmadan açıq olmayacaq.

Qəribabadi həmçinin boğazın hazırda bağlı olduğunu və onun tamamilə İranın nəzarətində olduğunu iddia edib.

O, gəmilərin boğazdan keçməsi ilə bağlı yayılan məlumatları əsassız adlandırıb.

İran rəsmisi ABŞ Prezidenti Trampın Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı açıqlamasını da təkzib edib və bu bəyanatları “boş sözlər” adlandırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…