Əsas məzmuna keç

Qalibafdan ABŞ-yə mesaj - Hörmüz boğazı ilə bağlı mühüm razılaşma

Qalibafdan ABŞ-yə mesaj - Hörmüz boğazı ilə bağlı mühüm razılaşma

İran parlamentinin sədri ABŞ-ın diplomatiya yanaşmasını tənqid edərkən, Tehran və Oman arasında Hürmüz boğazında gəmi marşrutlarının idarə edilməsi ilə bağlı strateji razılıq əldə olunub.

en ru

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ rəhbərliyinin İranla danışıqlara dair bəyanatlarını sərt edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qalibaf hesabında paylaşdığı açıqlamada Vaşinqtonun mövqeyini "teatr diplomatiyası dövrü" adlandırıb.

Məlumata görə, o, ABŞ Prezidenti Donald Trampın İranla bağlı bəyanatlarının reallığı əks etdirmədiyini, verilən vədlərin yerinə yetirilmədiyini və yalan məlumatlara əsaslanan uğursuz strategiyanın tətbiq olunduğunu bildirib. Qalibaf ABŞ administrasiyasını reallıqları qəbul etməyə və öhdəliklərinə sadiq qalmağa çağırıb.

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Hürmüz boğazında gəmi marşrutlarının koordinasiyası ilə bağlı Omanla razılıq əldə olunduğunu açıqlayıb. O bildirib ki, ABŞ və İsrail kimi üçüncü tərəflərin müdaxiləsi olmazsa, yaxın vaxtlarda bununla bağlı birgə bəyanat veriləcək.

“Reuters” agentliyinin məlumatına görə, sözügedən razılaşma İranın strateji əhəmiyyət daşıyan üzərində nəzarətini gücləndirə bilər. Məlumatda qeyd olunur ki, Tehran boğazdan keçən kommersiya gəmilərindən yükün dəyərinin 5-7 faizi həcmində rüsum tətbiq etməyi nəzərdən keçirir. Oman tərəfinin isə bu göstəricinin 3 faizə endirilməsi istiqamətində danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl İranın Hörmüz boğazı vasitəsilə gəlir əldə etməsinə imkan verməyəcəklərini bəyan etmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…