Çin Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ABŞ-də saxlanılması ilə bağlı iddialara sərt reaksiya verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinq zamanı danışıb.
O bildirib ki, Pekin bu cür addımlara qəti şəkildə qarşıdır və onları beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.
Lin Cian qeyd edib ki, ABŞ-nin bu cür hərəkətləri Venesuelanın suverenliyinə zərbə vurur və Latın Amerikası ilə Karib regionunda sabitliyə təhlükə yaradır.
Çin rəsmisi vurğulayıb ki, Pekin Venesuelanın suverenliyini, milli ləyaqətini və qanuni hüquqlarını qorumaq səylərini bundan sonra da dəstəkləyəcək.