Əsas məzmuna keç

Çinin iki sabiq müdafiə naziri ölüm cəzasına məhkum edildi

Çinin iki sabiq müdafiə naziri ölüm cəzasına məhkum edildi

Pekin məhkəməsi korrupsiya ittihamı ilə keçmiş hərbi rəhbərlər barədə sərt qərar verdi. Edam hökmü çıxarılan generalların kimliyi və şok detallar məqaləmizdə.

en ru

Korrupsiyada ittiham olunan Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu barəsində icrası iki il təxirə salınan hökmü çıxarılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hər iki məmur 2024-cü ildə "ciddi intizam pozuntuları" səbəbindən hakim Kommunist Partiyasının sıralarından xaric edilib.

Məlumata görə, hüquq təcrübəsində icrası təxirə salınmış ölüm hökmü, bir qayda olaraq, məhkumun müəyyən edilmiş müddət ərzində yeni cinayət törətmədiyi halda ömürlük həbs cəzası ilə əvəz oluna bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…