Masonlar kimdir? - Dünyanın ən sirli təşkilatı, yoxsa istedadlı divar ustaları? - ARAŞDIRMA

Masonlar kimdir? - Dünyanın ən sirli təşkilatı, yoxsa istedadlı divar ustaları? - ARAŞDIRMA
19.07.2024 17:53
Aa
dəq

Masonlar ilə bağlı çoxlu sayda nəzəriyyələr mövcuddur. Şotlandiyada əsl masonluq tarixi yüz illərdir unudulmuş olsa da, hər kəsin görə biləcəyi bir yerdədir.

Şotlandiyanın paytaxtı Edinburq məşhur qala və əsrarəngiz dalan küçələri ilə müqayisədə, döşəmə daşlı "Hill Street" küçəsi, bir o qədər də sirr saxlaya biləcək yerə oxşamır.

Lakin küçədə yavaşca addımlayarkən bir qapının üstündə qızıl zərlə yazılmış "Edinburqun Lojası (Mary Kapellası) No 1" yazısı kimi rəqəm və işarələrlə dolu bir lövhə ilə qarşılaşa bilərsiniz.

Edinburgh mason locası

"Hill Street" 19 nömrəli bu kapella, dini bir məkan deyil. Bura bir mason evidir. 1599-cu ilə qədər uzanan tarixi ilə dünyanın hələ də ayaqda duran ən qədim lojası.

Bəziləri bundan təəccüblənə bilər. Mövzu ilə maraqlanan birindən masonluğun nə zaman başladığını soruşsaq, sonrakı bir tarixi söyləyəcək - 1717-ci il İngiltərə Böyük Lojasının yarandığı il. Fəqət, bu gün bildiyimiz masonluq Şotlandiyada yaranıb.

Mason təşkilatı Bakıda BU XƏBƏRİ DƏ OXU 

Orta əsrlərdən bəri İngiltərə və Şotlandiyada divar ustalarının təşkil etdiyi birliklər var idi. Amma, bu birliklər və ya lojaların daimi istifadəsinə dair ilk məlumatlara Şotlandiyada rast gəlinir. 1500-ci illərin sonunda Şotlandiyada ən azı 13 loja mövcud idi. 16-cı əsrdə isə bu lojalar təşkilati özəllik qazanır və bir çoxu bunu masonluğun başlanğıcı kimi qəbul edir.

Edinburgh-da 19 Hill Street-də Mason lojası

Dünyadakı ilk mason toplantısı haqqında məlumatlar Şotlandiya və 1599-cu ilə dayanır. Eyni ilin iyul ayında isə Mary Kapellası formalaşmağa başlayır.

"Masonların Şifrəsini Açmaq" adlı kitabın müəllifi və Şotlandiya Böyük Loja muzeyinin kuratoru Robert Koperə görə, "Hadisələr bu tarixlərdə başlayıb. Lojalar, Şotlandiyanın əsas xüsusiyyətlərindən biridir. Ölkə miqyasında bir şəbəkə qurulmuşdu və başında Edinburq dayanırdı".

Mason Lojası adı ilə tanınan Şotlandiyanın Böyük Lojası, Edinburgh

Edinburq Mary Kapellasına çox yaxın, 96 "George Street" ünvanında yerləşən Şotlandiyanın Böyük Lojasının otağı - divarları taxta örtüklü və kitablarla dolu bir otaqdır. 1736-cı ildə qurulduqdan bu yana, Şotlandiyadakı bütün mason lojalarının qeydləri burada saxlanılırdı. Buraya mason lojalarının bütün üzvlərinin siyahısı da gəlirdi və üzv sayının dörd milyondan çox olduğu deyilirdi.

Koper söyləyir ki, sənədlər arasında Yaponiyanın Naqasaki şəhərindən 115 il əvvələ aid üzvlük qeydləri də var.

Böyük Loja muzeyində sərgilənən bir siyahıda, məşhur mason Robert Burns-in imzasını görmək mümkündür

Böyük Loja muzeyində sərgilənən bir siyahıda, məşhur mason Robert Burnsin imzasını görmək mümkündür.

"Köhnə bir deyim var: şotlandlar haraya gedibsə, ilk olaraq kilsə tikdiriblər, sonra bir bank, sonra bir pivəxana və dördüncü olaraq bir loja qurublar", - Koper deyir.

Bu, beynəlxalq muzeydə də özünü göstərir. Burada dünyanın hər tərəfindən nə isə tapmaq olar: Şimali Çin Şotland Mason Lojasının bayraqcığı, 30-a qədər mason bəzək əşyası, Çexoslovakiyadan medalyonlar və s.

Konspirasiya nəzəriyyələrinə inananların bir qismi, masonluğun İlluminati tərzi gizli təşkilatlarla bağlı olduğunu düşünür. Bəziləri isə Amerika dollarının dizaynından tutmuş fransız inqilabına qədər hər şeydə gizli əli olan dünya miqyaslı bir şəbəkə olduğu qənaətindədir. Lakin, bir çox tarixçi kimi Koper də bununla razılaşmır.

Muzeyin kuratoru Robert Cooper

"Gizli bir təşkilat olsa idik, bizdən necə xəbəriniz olardı? Bura hər kəsə açıq bir binadır, internet səhifəmiz, "Facebook" və "Twitter" hesabımız mövcuddur. Hətta mediaya reklamlar veririk. Amma, adımız yenə də dünyanı idarə edən "gizli təşkilat" qoyulur. Əsl gizli təşkilat mafiyadır, Çinin mütəşəkkil cinayət şəbəkələridir. Onların bizim kimi kitabxana və ya muzeyi yoxdur."

Masonluqla bağlı əsrarəngiz fikirlərin bir səbəbi də, başlanğıcı ilə əlaqədar çox məlumat olmamasındadır. Fantastik nəzəriyyələrdən biri masonluğun Fransada 1307-ci ildə Kral Filip tərəfindən əzilən Məbəd Cəngavərlərindən gəldiyini deyir.

Nəzəriyyəyə əsasən, bunların bir qismi qaçaraq Şotlandiyaya sığınıb və masonluğu yaradıb.

Masonlar isə öz köklərini Kral Süleymana bağlayırlar. Dediklərinə görə, Süleyman məbədi başdan başa divar ustalarının köçürdüyü gizli bilgilərlə inşa edilib.

Cooper mason simvollarından birinə işarə edir.

Koper mason simvollarından birinə işarə edir.

Bu hekayənin daha real versiyası isə, sənətkarlar gildiyasına da dayana bilər. "Bu təşkilatlar, sənətə bağlı idi və hər sənətkarın özünə aid gildiyası var idi", - Koper söyləyir.

Beləcə, hər biri öz aralarında əlaqə qurur, sənətlərinin incə məqamlarını bir-biri ilə paylaşır və yadları kənarlaşdıra bilirdilər.

Orta əsr Britaniya torpaqlarına gedən divar ustaları isə, daha gözəl və incə işlənmiş kilsələr inşa etdikərinə görə, çox güman ki, uzun müddət evlərindən uzaq qalmalı olurdular. Bu işləri görə biləcək fərqli yerlərdən çox sayda insanı bir araya toplarkən, hər birinin işinin ustası olduğunu sübut etmək üçün sadəcə, öz aralarında bir şifrə müəyyənləşdirməyə ehtiyac var idi.

Şotlandiyada loja(Şotlandiyada loja)

Lojalar çox qədim olsalar da, mason hərəkatı 1500-cü illərin sonlarına dayanır. Villiam Şav adlı bir şotland (daha sonra İngiltərə) kralı VI Jamesin ustabaşı idi və kralın malikanə, saray və digər binalarının inşası və qulluğundan məsul idi. Yəni, Britaniyanın divar ustalarına o rəhbərlik edirdi.

O, 1598-ci ildə bu məqsədi ifadə edən yazılı bir mətni şotland lojalarına göndərir. Bundan sonra, hər loja protokol tutmağa başlayır.

Şotlandiyada loja

İngiltərənin Böyük Lojası təsis edildikdən sonra, Şotlandiyanın təsiri azalmağa başlayıb. Bundan sonra, masonluğun şotland əsilli olduğu yavaş-yavaş unudulub.

"Masonluğun Kökü" adlı kitabında David Stevenson bu vəziyyəti, "Böyük lojalar quraraq, ölkə miqyasında təşkilatlanma addımını İngiltərənin atması və bunu 1725-ci ildə İrlandiya və 1736-cı ildə Şotlandiyanın davam etdirməsi, bir çox ingilis mason tarixçisinin masonluğun kökünü İngiltərəyə bağlamasına səbəb olur", kimi izah edir. Koper də onunla eyni fikirdədir.

Lakin, Dan Brovun "Da Vinçi Şifrəsi" kitabında adı çəkilən Rosslyn Kapellasındakı oyma və heykəllərin masonluq ilə bağlı olduğu ifadə edilir və bu sayədə Şotlandiya ilə kasonluq arasında bir əlaqə yaradılır. Bunu sübut edəcək hər hansı bir məlumat olmadığından, iddia şübhəlidir.

Şotlandiyada loja

Şotlandiyanın əsl masonluq tarixi, Dan Brovnun məşhurlaşdırdığı kilsədən daha əsas yerdə qərar tutur. Böyük Loja və muzeyin qapıları bütün ziyarətçilərə açıqdır və istəyən hər kəs arxivlərə baxa bilər.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələri

Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələri
DAVAMIN OXU davamın oxu

Ambulansların gecikməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA: “Məqsəd…”

Ambulansların gecikməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA: “Məqsəd…”
DAVAMIN OXU davamın oxu

Bakıdan rayonlara məsafə nə qədərdir? - SİYAHI

Bakıdan rayonlara məsafə nə qədərdir? - SİYAHI
DAVAMIN OXU davamın oxu

Süni intellekt nədir? Texnologiyanın gələcəyi və onun istifadə sahələri

Süni intellekt nədir? Texnologiyanın gələcəyi və onun istifadə sahələri
DAVAMIN OXU davamın oxu

İmmun sistemi zəif olan insanlara XƏBƏRDARLIQ! - “Ölümcül rotavirus…” - Həkim DANIŞDI

İmmun sistemi zəif olan insanlara XƏBƏRDARLIQ! - “Ölümcül rotavirus…” - Həkim DANIŞDI
DAVAMIN OXU davamın oxu