Mason təşkilatı Bakıda - Ekspert DANIŞDI

Mason təşkilatı Bakıda - Ekspert DANIŞDI
18.07.2024 13:08
Aa
dəq

Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisinin keçirilməsi və Dünyanın müxtəlif ölkələrindən olan masonların Azərbaycana gəlməsi ilə bağlı məlumat yayılıb.

Məlumata görə, toplantı iyunun 28-də baş tutub və məxfi keçirilmiş iclasda müzakirə edilmiş məsələlər barədə məlumat verilməyib.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Elşad Mirinin sözlərinə görə, bu toplantı məxfi keçirilirsə, o zaman bu qədər məlumat necə əldə edilib?

“Bu sual həmin məlumatı iddia edən şəxsin cavabı əsalandıra biləcəyi və bilməyəcəyi ilə bağlıdır. Çünki həmin gün 1-2 ay əvvəl dəvət edilən insanlar, məndə daxil olmaqla ABŞ səfiriliyində onların müstəqillik günü ilə əlaqədar toplanmışdıq. Həmin tədbirdə olan bir çox insanlar Azərbaycanda tanınan simalar idi”. 

Elşad Miri deyir ki, orada özü də iştirak edirdi. Bu, hər il keçirilən tədbirdir. Sadəcə vaxt ilə bağlı bir-iki dəyişiklik olmuşdu, onların Müstəqillik Günü isə 4 iyuldur. 

“Bu gün masonluq anlayışı tamamilə fərqlidir. Bu anlayış Vaşinqtonda, Şotlandiyada, Fransada, İtaliyada, Türkiyədə də var. Hətta Türkiyədə müxtəlif qollara ayrılıb. Onlar bu gün özlərini dünyanın ən böyük qeyri hökumət təşkilatı olaraq təqdim edirlər. Bu xüsusi, fərqli, gizli anlayış deyil. Özlərinə görə iyerarxiyaları var. Onların müəyyən qəbulları olur. Ona uyğun hərəkət edirlər və qadınları heç vaxt qəbul etmirlər”. 

Masonlar kimdir? - Bu xəbəri də OXU

Ekspert deyir ki, hətta onların özlərinə görə bəzi simvollar var. İstifadə etdikləri bəzi terminlər var. Məsələn, "dul qadının kisəsi" ifadəsi var. Yardımlaşma ilə bağlı ifadədir. Onlar bəzi məsələlərdə çalışırlar ki, özlərinin mövqelərini dostları, yaxınları və həmin fikirdə olan insanlar vasitəsi ilə həyata keçirsinlər. 

“Dünyanın müxtəlif yerlərindən olan bəzi ailələr var ki, dünya biznes və ticarətini idarə edirlər. Bir çox şeylər onların əlində cəmləşib. İndiyə qədər gizli olmayan Rokfellerlər, Rotşildlər ailələri təbəqəyə daxildir”- E.Miri bildirdi. 

Belə… Ekspert nə qədər də açıqlama etsə, masonluq yenə də dünya üçün sirli və maraqlı qalacaq yeganə mövzulardan biridir.

Mədinə Useynova

Elşad Mirinin sözləri qalmaqal yaratdı: “Bunu söyləyən müsəlman deyil” -  GlobalInfo.az

Həftənin ən çox oxunanları

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanda "Formula 1"-in keçirilməsi sabitliyin bariz nümunəsidir - AÇIQLAMA

Azərbaycanda
DAVAMIN OXU davamın oxu