Əsas məzmuna keç

Kibertəhlükəsizlik konfransı keçirilib

Kibertəhlükəsizlik konfransı keçirilib

Bakıda keçirilən tədbirdə rəqəmsal təhdidlər və məlumatların mühafizəsi müzakirə olunub. Ekspertlər kiberhücumlardan qorunmağın yeni yollarını açıqlayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin adına Akademiyası, Texniki Universitet və Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə DTX-nin Heydər Əliyev adına Akademiyasından məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəqəmsallaşma, innovasiya, və kibertəhlükəsizliyin ölkəmizin gələcək inkişafında əsas prioritetlər kimi müəyyən olunduğunu nəzərə çatdırıb.

Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov rəqəmsal texnologiyaların milli təhlükəsizlik və iqtisadi dayanıqlılıqdakı strateji roluna toxunaraq, müəssisələrində müasir tədris proqramlarının hazırlanmasının dövrün tələbi olduğunu və konfransın əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTD) rəisinin birinci müavini Yaşar Əməşov kibercinayətkarlığın qarşısının alınması və kritik informasiya infrastrukturunun etibarlı mühafizəsinin dövlət təhlükəsizliyinin prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov innovativ həllərin yaratdığı yeni kiberrisklərdən bəhs edərək, rəqəmsal sübutların düzgün əldə edilməsinin cinayətlərin açılmasında həlledici rol oynadığını açıqlayıb.

Tədbirdə, həmçinin, AzTU-nun rektoru Vilayət Vəliyev, DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Milli Müdafiə Universitetinin rektor müavini Arif Həsənov, AKTA-nın icraçı direktoru Rauf Cabbarov və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək artan kibertəhdidlər qarşısında dövlət informasiya sistemlərinin mühafizəsi və rəqəmsal cinayətkarlığa qarşı mübarizə üçün elm, təhsil müəssisələri, eləcə də müvafiq dövlət qurumlarının birgə fəaliyyətinin zəruriliyini vurğulayıblar. Konfrans işini bölmə iclasları ilə davam etdirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…