Aİ rəsmisi İranla danışıqlarda nüvə mütəxəssislərinin iştirakını vacib sayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas açıqlama verib.
Bildirilib ki, Kallas İranla aparılan danışıqlara nüvə sahəsi üzrə mütəxəssislərin də cəlb olunmasının vacibliyini vurğulayıb.
Məlumata görə, Kallas “əgər masa ətrafında nüvə mütəxəssisləri olmazsa, daha zəif razılaşma əldə oluna bilər” fikrini səsləndirib.
Açıqlamada əlavə olunub ki, o, yalnız nüvə proqramı deyil, həm də raket sistemi və regional fəaliyyətlər kimi daha geniş məsələlərin nəzərə alınmamasının “daha təhlükəli İran” riski yarada biləcəyini qeyd edib.