Əsas məzmuna keç

"Bunun üçün müvafiq qurumlar artıq Avropada mövcuddur"

"Bunun üçün müvafiq qurumlar artıq Avropada mövcuddur"

Kaya Kallas Aİ-nin öz nüvə silahına sahib olması və Rusiya-Ukrayna müharibəsinin həlli yolları barədə danışdı. Brüsselin yeni müdafiə planında nələr nəzərdə tutulur?

en ru

"Avropanın özünün nüvə silahı əldə etməsi ilə bağlı müzakirələrə başlamaq lazımdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici İşlər və Siyasəti üzrə Ali Nümayəndəsi deyib.

"Mövcud vəziyyəti və nüvə silahlarının həqiqətən çəkindirən yeganə şey olması faktını nəzərə alsaq, nüvə çəkindirmə gələcək müzakirələrin bir hissəsi ola bilər", -o qeyd edib.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, nüvə silahlarının qarşısının alınması adətən Aİ ölkələrinin məsuliyyətidir, lakin vəziyyətin kökündən dəyişdiyi də aydındır.

Kallas Avropa ölkələrinin nüvə silahlarını məhdudlaşdıran müqavilələrə qoşulduğunu qeyd edib.

O bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda yeni Aİ nümayəndəsinə ehtiyac görmür, çünki bunun üçün artıq Avropada mövcuddur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…