Əsas məzmuna keç

Kaya Kallas: Aİ-nin müdafiə layihələri bir-biri ilə uyğun gəlmir

Kaya Kallas: Aİ-nin müdafiə layihələri bir-biri ilə uyğun gəlmir

Kaya Kallas Avropa İttifaqının hərbi sənayesindəki inteqrasiya problemlərini açıqladı. Birgə satınalma və innovasiya niyə vacibdir? Aİ-nin yeni müdafiə planı...

en ru

Avropa İttifaqının (Aİ) və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi üzv ölkələrdə həyata keçirilən müdafiə layihələrinin əksəriyyətinin bir-biri ilə uyğun olmadığını vurğulayaraq, satınalma və innovasiya sahələrində daha çox əməkdaşlığın zəruri olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kallas əsas diqqətin innovasiya və ortaq layihələrə yönələcəyini deyib.

“Çünki gördüyümüz bir həqiqət var ki, üzv dövlətlərdə bir-biri ilə uyğun olmayan çox sayda layihə mövcuddur. Üzv ölkələri həm ortaq satınalma, həm də innovasiya sahəsində daha çox əməkdaşlığa təşviq etməliyik”, - o qeyd edib

Kallas ciddi həcmdə maliyyə ayrılmasına baxmayaraq müdafiə sənayesinin istehsalı kifayət qədər artırmadığını və sürətləndirmədiyini bildirib:

"Müdafiə istehsalımızı həqiqətən daha sürətlə artırmalıyıq. Bundan əlavə, ortaq satınalma yolu ilə ehtiyac duyduğumuz müdafiə imkanlarını özümüz istehsal edə biləcək vəziyyətə gəlməliyik”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…