Operativ Məlumat Mərkəzi

Kanadada daşqınlar nəticəsində 4 nəfər itkin düşüb

1 dəq
Paylaş:
Kanadada daşqınlar nəticəsində 4 nəfər itkin düşüb
ölkənin bəzi bölgələrində normal olaraq 3 ay ərzində yağan yağış 24 saat ərzində yağıb. Ştat qubernatoru Tim Hyuston açıqlamasında vəziyyətin qorxulu...

Kanadanın Yeni Şotlandiya əyalətində güclü yağışın səbəb olduğu seldə 2-si uşaq olmaqla 4 nəfərin itkin düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində normal olaraq 3 ay ərzində yağan yağış 24 saat ərzində yağıb.

Ştat qubernatoru Tim Hyuston açıqlamasında vəziyyətin qorxulu olduğunu, ən azı 7 körpünün təmiri və ya yenidən qurulmasının lazım olduğunu bildirib.

Ştatın bəzi yerlərində fövqəladə vəziyyət elan edilib.

Kanada Meteorologiya Xidmətləri ştatın şərq bölgəsində güclü yağışların iyulun 30-dək davam edəcəyi xəbərdarlığını edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər