Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Kağızsız hökumət"ə keçid vaxtı açıqlandı

2 dəq
Paylaş:
"Kağızsız hökumət"ə keçid vaxtı açıqlandı

Azərbaycanda dövlət orqanlarında daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız prosesi 2028-ci ilin iyul ayında başa çatdırılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mühüm dəyişiklik İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 %-nin təhlili həyata keçiriləcək. Bu təhlil əsasən maliyyə, insan resursları və satınalma sahələrini əhatə edəcək.

Bundan əlavə, müəssisə resurslarının planlaşdırılması (MRP) və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiq edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi isə dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax