Əsas məzmuna keç

Kadi Premyer Liqada 25-ci qolunu vurdu

Kadi Premyer Liqada 25-ci qolunu vurdu

"Qarabağ"ın braziliyalı legioneri Kadi Borqes "Qəbələ" ilə matçda yubiley sevincini yaşayıb. 76 oyuna 25 dəfə fərqlənən ulduzun rekord statistikası ilə tanış olun.

en ru

“”ın futbolçusu Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Qəbələ” ilə səfər qarşılaşmasında (1:1) fərqlənib. 25-ci qoluna Premyer Liqanın XXXI turunda sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.

Ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinən Kadi 2021/2022-ci mövsümündə 12, 2022/2023-cü illər mövsümündə 4, 2024/2025-cü illər mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci 2025/2026-cı illər mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…