Operativ Məlumat Mərkəzi

İvan İvanov: Azərbaycan qazının Bolqarıstan bazarına daxil olması bizim üçün çox vacibdir

2 dəq
Paylaş:
İvan İvanov: Azərbaycan qazının Bolqarıstan bazarına daxil olması bizim üçün çox vacibdir
bunu Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (KEVR) sədri İvan İvanov Sofiyada “Həmrəylik halqası”yla Azərbaycan qazının tədarükünə dair...

Azərbaycan təbii qazının Bolqarıstan qaz bazarına daxil olması bizim üçün çox vacibdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (KEVR) sədri İvan İvanov Sofiyada “Həmrəylik halqası”yla Azərbaycan qazının tədarükünə dair memorandumun imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün səhər “Bulgartransgaz” Azərbaycanın SOCAR şirkətinin Bolqarıstan ərazisində təbii qaz sata bilməsi üçün lisenziya verilməsinə dair sənədləri hazırlayıb. Bizim üçün bu çox vacibdir, ilk növbədə tədarükün həcmi yüksəlir və eyni zamanda, Bolqarıstanın qaz bazarında tədarükçü şirkətlər arasında rəqabət yaranır.

Bolqarıstan hazırda 1 milyard kub metr qaz alır və bu rəqəm 1 milyard 200 milyon kub metrə çatdırıla bilər. Mən əminəm ki, ehtiyac olduğu təqdirdə, bu rəqəmin daha da artırılması üçün həll yolları tapacağıq.

Azərbaycan qazı Türkiyədən keçərək Trans-Balkan qaz kəməri vasitəsilə Rumıniyanın Kardan şəhərinə gedəcək, oradan da Macarıstan və Bolqarıstana gələcək”, - İvanov əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər