Əsas məzmuna keç

Azərbaycan Ukraynaya qaz tədarük edə bilər

Azərbaycan Ukraynaya qaz tədarük edə bilər

XİN rəhbəri Ceyhun Bayramov Kiyevdə Andrey Sibiqa ilə görüşdə SOCAR-ın Ukraynadakı planlarını və enerji təhlükəsizliyi üçün yeraltı anbarların rolunu açıqladı.

en ru

zərurət yaranacağı halda Ukraynaya təbii qaz etməyə hazırdır və regional enerji təhlükəsizliyini gücləndirmək üçün Ukraynanın qaz anbarlarından istifadə imkanını nəzərdən keçirir”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın naziri bu gün Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) uzun müddətdir ki, Ukrayna bazarındadır, ölkədə fəaliyyətini aktiv şəkildə davam etdirir və enerji əməkdaşlığının gələcək inkişafı üzrə böyük planlara malikdir.

“Hazırda Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığının əlavə qarşılıqlı faydalı istiqamətlərinə dair çox dinamik və fəal dialoq aparılır”, - nazir qeyd edib.

C.Bayramov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır, xüsusilə 12 Avropa ölkəsinə qaz tədarük edir ki, onlardan da 10-u Aİ üzvüdür: “Bu baxımdan zərurət yaranarsa, Ukraynaya da qaz tədarük etməyə hazırıq”.

Azərbaycan XİN başçısı həmçinin qeyd edib ki, daha geniş regionun enerji təhlükəsizliyini möhkəmləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə olunması əməkdaşlığın perspektivli istiqamətinə çevrilə bilər:

“Biz bunu gələcək əməkdaşlığımızın çox perspektivli istiqaməti kimi nəzərdən keçiririk”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…