"İtaliyada eyni məzmunlu bomba təhdidləri aldıqdan sonra azı 300 məktəb təxliyə olunub".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu ölkənin təhsil naziri Cüzeppe Valditara açıqlayıb.
Nazir bildirib ki, ölkə üzrə 300 məktəb bomba təhdidi alıb və bu rəqəm arta bilər.
Məktəblərdən birinin Romadakı şagirdlərin valideynlərinə göndərdiyi məlumatda bildirilib ki, ölkə üzrə daxil olan bomba təhdidi ilə əlaqədar bütün şagirdlər təhlükəsiz əraziyə təxliyə edilib və müəllimlərin nəzarəti altındadır.
Hökumət mənbəsinin məlumatına görə, təhdid məktubu "Mizoginistan vilayətinin lideri Mixail Andropov" imzası ilə göndərilib.
Roma polisinin nümayəndəsi İtaliya hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı araşdırma apardığını bildirib.
Qeyd edək ki, Avropada hibrid müharibə təhlükəsi ilə bağlı narahatlıqlar artır. Son dövrlərdə supermarketlərə, qan banklarına, təyyarələrə və televiziya stansiyalarına qarşı da bu xarakterli hücumlar qeydə alınıb.