Əsas məzmuna keç

Netanyahunun ofisində bomba həyəcanı

Netanyahunun ofisində bomba həyəcanı

İsrail Baş naziri Benyamin Netanyahunun Qüdsdəki ofisinə şübhəli bağlama göndərilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

en ru

İsrailin Baş naziri Benyamin Netanyahunun iş otağında gərgin anlar yaşanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Maariv" qəzetinə istinadən xəbər verir ki, başçısının Qərbi Qüdsdə ofisinə şübhəli bağlama daxil olub.

Hadisə barədə məlumat daxil olan kimi əraziyə dərhal məhkəmə-tibbi ekspertiza mütəxəssisləri və zərərsizləşdirmə üzrə ekspertlər cəlb edilib.

Hazırda mütəxəssislər göndərilən bağlamanın tərkibini araşdırır.

Digər tərəfdən, Netanyahunun iqamətgahının yerləşdiyi şimaldakı Qeysəriyyə şəhərində bu gün genişmiqyaslı fövqəladə hallara hazırlıq təliminin keçiriləcəyi bildirilir.

Təlim müddətində bölgədə təhlükəsizlik qüvvələrinin, helikopterlərin və pilotsuz uçuş aparatlarının intensiv hərəkəti müşahidə olunacaq.

Xatırladaq ki, bu hadisələrin fonunda ABŞ-nin keçmiş prezidenti Tramp ilə keçirdiyi son görüşü yüksək qiymətləndirərək, bunu "çox yaxşı bir görüş" kimi xarakterizə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…