Əsas məzmuna keç

İsveçrədə avtobusda dəhşətli yanğın: 6 nəfər həlak olub

İsveçrədə avtobusda dəhşətli yanğın: 6 nəfər həlak olub

İsveçrənin Kerzers şəhərində sərnişin avtobusunda baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb, hadisənin qəsdən törədildiyi ehtimal edilir.

ru en

İsveçrənin Fribur kantonuna daxil olan şəhərində sərnişin avtobusunda baş verən yanğın ilə nəticələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hadisə nəticəsində azı 6 nəfər həyatını itirib.

Polisin ilkin versiyasına görə, yanğın qəsdən törədilmiş bilər.

Hadisə çərşənbə axşamı yerli vaxtla saat 18:25 radələrində, paytaxt Bern şəhərindən təxminən 20 kilometr məsafədə yerləşən yerli yolda baş verib.

Şahidlərin ifadələrinə görə, avtobusdakı sərnişinlərdən biri öz üzərinə yanacaq tökərək özünü yandırıb.

Fribur polisinin sözçüsü Frederik Papo bildirib ki, hazırda əldə olan faktlar hadisənin avtobusun daxilindəki bir şəxs tərəfindən qəsdən törədildiyini göstərir. Digər rəsmi nümayəndə Krista Bilman isə insidentin terrorla əlaqəli olub-olmadığını müəyyən etmək üçün hələ tez olduğunu vurğulayıb.

Faciə zamanı 3 nəfər, o cümlədən bir xilasedici müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Digər sərnişinlər isə alovdan qaçaraq xilas ola biliblər. Hələlik ölənlərin şəxsiyyəti barədə rəsmi məlumat verilməyib.

Prezidenti Qay Parmelin "X" sosial şəbəkəsindəki hesabında başsağlığı verərək hadisədən sarsıldığını bildirib:

"İsveçrədə növbəti dəfə ağır yanğın hadisəsində insanların həyatını itirməsi məni şoka saldı və kədərləndirdi".

Xatırladaq ki, bu, son aylarda İsveçrədə baş verən yeganə irimiqyaslı yanğın deyil. Yanvar ayında Krans-Montana kurortundakı barların birində baş verən yanğın 41 nəfərin həyatına son qoymuşdu. Hazırda Kerzersdəki hadisə ilə bağlı araşdırmalar davam edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…