İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumda Şifa xəstəxanasında bir jurnalist həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabrdan bu yana öldürülən jurnalistlərin sayı 138-ə yüksəlib.
Xatırladaq ki, İsrail ordusu 14 gün davam edən hücumlar zamanı Şifa xəstəxanası və ətraflarında 200-dən çox fələstinlini qətlə yetirib, 900-dən çox fələstinlini isə həbs edib.
İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub
1 dəq