Əsas məzmuna keç

İsrail Suriyaya hava zərbələri endirib

İsrail Suriyaya hava zərbələri endirib

İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşq və Həma, Latakiya, Dera və Kuneytra əyalətlərinə hava zərbələri endirib. Bu barədə xarici KİV məlumat...

İsrail döyüş təyyarələri Suriyanın paytaxtı və Həma, Latakiya, Dera və Kuneytra əyalətlərinə hava zərbələri endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bu şəhərlərə edilən ən azı 12 hücumda insan tələfatı ilə bağlı rəsmi orqanlar tərəfindən hələlik heç bir məlumat paylaşılmayıb.

İsrail döyüş təyyarələri də dünən Dəməşqdə Sarayı yaxınlığında hücuma keçib.

İsrail ordusu açıqlamasında Suriyada hərbi obyektin, zenit silahlarının və yer-hava raket infrastrukturunun vurulduğunu bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…