Əsas məzmuna keç

Suriyada yanacaq bahalaşmasına etirazlar: yollar bağlandı

Suriyada yanacaq bahalaşmasına etirazlar: yollar bağlandı

Suriyada dizelin qiymətinin 40 faiz artırılmasından sonra Həma, Hələb və digər bölgələrdə etiraz aksiyaları keçirilib. Nümayişçilər bəzi yollarda təkərlər yandıraraq nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

ru en

Suriyada müharibədən sonra siyasi və iqtisadi vəziyyət tam sabitləşmədən yanacağın qiymət artımı yeni etirazlara səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Şam administrasiyasının sentyabrın 13-dən tətbiq etdiyi yeni tarifə əsasən, dizelin bir litri 125 yeni Suriya lirəsindən 175 lirəyə yüksəlib və artım 40 faizə çatıb. 95 oktanlı benzinin qiyməti 152-dən 195 lirəyə, 90 oktanlı benzinin qiyməti isə 147-dən 185 lirəyə qaldırılıb, məişət qaz balonunun qiyməti də 1470-dən 1600 lirəyə yüksəlib. Qərardan sonra başlayan narazılıqlar Həma, Xan Şeyxun, Maarət ən-Numan, Əzaz və Əl-Bab başda olmaqla müxtəlif bölgələrdə aksiyalarla davam edib. Şimal və Cənubu birləşdirən M5 avtomagistralını və istiqamətindəki yolları müəyyən müddətə bağlayıblar.

Bildirilib ki, Şam administrasiyası qiymət artımının qlobal neft qiymətlərinin yüksəlməsi və Baniyas neft emalı zavodunda aparılan texniki baxış işləri ilə əlaqədar müvəqqəti olduğunu açıqlayıb. Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir ölkədə gündəlik neft hasilatının 102 min barel, tələbatın isə 325 min barel olduğunu və fərqin idxal hesabına qarşılandığını bildirib. Bahalaşma nəticəsində Həma və Həsəkədə ictimai nəqliyyatın fəaliyyətində fasilələr yaranıb. Mərkəzi hakimiyyətin mövqeyi güclənsə də, iqtisadi narazılıqların hökumətə qarşı siyasi aksiyalara çevrilməsi risk olaraq qalır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…