Əsas məzmuna keç

İsrail Müdafiə Ordusu: “HƏMAS dinc sakinlərin yaşadıqları ərazilərə raket zərbələri endirib”

İsrail Müdafiə Ordusu: “HƏMAS dinc sakinlərin yaşadıqları ərazilərə raket zərbələri endirib”

HƏMAS İsrailin mülki zonalarına və dinc sakinlərin yaşadıqları ərazilərə raket zərbələri endirib. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb....

İsrailin mülki zonalarına və sakinlərin yaşadıqları ərazilərə zərbələri endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, HƏMAS İsrailin cənubundakı Beer-Şeva şəhərində mülki israillilərin yaşadıqları ərazilərə 12 raket atıblar. Məlumata görə, raketlər Qəzza zolağının cənubundakı Rəfaha təxliyə edilmiş mülki vətəndaşların çadırları və BMT-nin obyektlərinin yaxınlığından atılıb.

Vurğulanıb ki, silahlı qruplaşma mülki infrastruktur, məktəblər, yaşayış məntəqələri, obyektləri yaxınlığındakı humanitar zonalardan, mülki şəxslərdən canlı qalxan kimi istifadə edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…